Oktyabrın 10-da Azərbaycan millisi Avro-2016-nın təsnifat mərhələsi çərçivəsində növbəti görüşünü keçirib. Yığma komanda İtaliya ilə qarşılaşıb.
Oyunda hesabı qonaqlar açıb. 11-ci dəqiqədə Eder fərqlənib. 29-cu dəqiqədə Dmitri Nazarov vurduğu qolla millimiz status-kvonu bərpa edib. Ancaq futbolçularımızın bundan artığına gücü çatmayıb. El Şaaravi və Darmianın qolları yekun hesabı müəyyənləşdirib. Azərbaycan İtaliya millisinə 1:3 hesabı ilə uduzub.
AVRO-2016-nın seçmə mərhələsi
H qrupu
10 oktyabr
Azərbaycan – İtaliya - 1:3
Qollar: Nazarov, 29 - Eder, 11, El Şaaravi, 42, Darmian, 64
Qırmızı vərəqə: Bədavi Hüseynov, 88
Baş hakim: Villyam Kollum (Şotlandiya)
Baş hakimin köməkçiləri: Damian Makqreyt (İrlandiya), Frensis Konnor (Fransa)
Əlavə hakim köməkçiləri: Robert Makden, Con Bitom (hər ikisi Şotlandiya)
Dördüncü hakim: Alastair Mater (Şotlandiya)
Hakim-inspektor: Marinus Kopman (Holalndiya)
UEFA nümayəndəsi: Aynar Leppanen (Finlandiya)
Bakı. Olimpiya stadionu
Azərbaycan: 1. Kamran Ağayev (q), 3. Bədavi Hüseynov, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (k), 21. Arif Daşdəmirov, 2. Qara Qarayev, 8. Eddi İsrafilov, 13. Dmitri Nazarov, 19. Rahid Əmirquliyev, 22. Əfran İsmayılov, 10. Ruslan Qurbanov
Ehtiyat oyunçular: 12. Aqil Məmmədov (q), 23. Anar Nəzirov, 4. Pavel Paşayev, 15. Ruslan Abışov, 16. Tərlan Quliyev, 20. Məhəmməd Mirzəbəyov, 6. Rəşad Sadiqov, 9. Elvin Məmməmdov, 11. Tuğrul Erat, 17. Elnur Cəfərov, 18. Rəhman Hacıyev
Baş məşqçi: Robert Prosineçki
İtaliya: 1. Canluici Buffon (q)(k), 2. Mattia de Siqlio, 3. Giorgio Kyellini, 4. Matteo Darmian, 19. Leonardo Bonuççi, 6. Antonio Kandreva, 10. Marko Veratti, 16. Marko Parolo, 9. Qraziano Pelle, 14. Stefen El Şaaravi, 17. Eder
Ehtiyat oyunçular: 13. Daniele Padelli (q), 12. Salvatore Siriqu (q), 15. Andrea Barzaqli, 22. David Santon, 5. Alesandro Florenzi, 8. Roberto Soriano, 11. Ciakomo Boneventura, 18. Rikardo Montelivo, 21. Andrea Bertolaççi, 7. Simone Zaza, 20. Sebastian Ciovinko, 23. Fabio Qvaqliarella
Baş məşqçi: Antonio Konte
Oyunu canlı izləyə bilməyənlər üçün videoicmalı təqdim edirik: