«Apple» üç ofşor strukturunda 181,1 milyard dollar saxlayır və beləliklə, bu yolla vergidən yayınır. Nəticədə «iPhone» və «iPad» istehsalçısı vergidən təxminən 59,2 milyard dollar yayındıra bilib. «Microsoft» ofşor strukturların köməyi ilə vergidən 108,3 milyard dollar yayındırıb.
«ICTnews.az» saytı «dailycomm.ru» saytına istinadən yazır ki, gəlirinin bir hissəsini ofşor şirkətlərdə gizlədən ABŞ-ın bir sıra başqa İT korporasiyaların adı tədqiqatda qeyd edilib. Belə ki, «IBM» vergidən 61,4 milyard dollar, «Cisco» 52,7 milyard dollar yayındırır. İnternet nəhəngində bu göstərici 47,4 milyard dollar təşkil edir.
Bildirək ki, 50-dən çox korporasiya ofşor strukturlarda yerləşdirilmiş gəlirini vətənə geri qaytardığı halda, 184,4 milyard dollar məbləğində vergi ödəməli olacaq.
Emil Hüseynov