"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, ticarət dövriyyəsinin 13,86%-i və ya 1 951,8 mln. ABŞ dolları İtaliya, 10,45%-i və ya 1 471 mln. dolları Almaniya ilə həyata keçirilib. Daha sonra Rusiya (8,66%), Türkiyə (6,78), ABŞ (6,43%) və Fransa(4,95%) sıralanıb.
İtaliya həmçinin ixracda 1 641,4 mln. dollar və ya 20,06% xüsusi çəki ilə ölkələr arasında birinci yerdə qərarlaşıb. İdxalda əsas ölkələrin siyahısında isə Rusiya (16,58% və ya 978,2 mln. dollar) liderlik edir.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanın xarici ticarət dövriyyəsi illik müqayisədə 32,83% azalaraq 14,082 mlrd. dollar, o cümlədən idxal 5,09% artaraq 5,899 mlrd. dollar, ixrac 46,69% azalaraq 8,184 mlrd. dollar təşkil edib.