Bakı, 8 oktyabr, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərmarka” MMC yeni poçt markası dövriyyəyə buraxıb.
AZƏRTAC xəbər verir ki, marka Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr edilib. Poçt markasının üzərində AMEA-nın əsas binası və qarşısındakı park təsvir olunub.
Markanın nominal dəyəri 0,3 manat təşkil edir.