Qol.az-ın məlumatına görə, klubun rəsmi saytına danışan alman qapıçı bu məğlubiyyətin faciə olmadığını bildirib:
"Bəli, mövsümün ikinci yarısına yaxşı başlamadıq. Hər şeyi başqa cür təsəvvür edirdik. Ancaq bu məğlubiyyət faciə deyil. Anlayırıq ki, üzərimizdə çox çalışmalıyıq. Tezliklə bu oyunu unudub, qarşıdakı görüşlərə köklənməliyik".
Qeyd edək ki, Bundesliqada mövsümün ikinci yarısının açılış matçında səfərdə "Volfsburq"un qonağı olan "Bavariya" rəqibinə 1:4 hesabı ilə uduzub.
Milli.Az