Avro-2016-nın seçmə mərhələsində Azərbaycan millisi ilə sabah keçiriləcək oyun İtaliya seçməsinin qapıçısı Canluici Buffon üçün xüsusi əhəmiyyət daşıyır.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, 37 yaşlı qolkiper yubiley matçına Bakı Olimpiya Stadionunda çıxacaq. Bolqarıstanla sentyabrın 6-da baş tutan qarşılaşmada 150-ci dəfə "Skuadra Adzurra"nın formasını geyinən ulduz futbolçu bunu komanda yoldaşları ilə birlikdə qeyd etmişdi. Ali futbol qurumu FİFA isə Buffonun iştirak etdiyi yoxlama görüşlərindən birini beynəlxalq oyun kimi qəbul etməyib. Bu səbəbdən də 1997-ci ildən etibarən İtaliya millisinin qapısını qoruyan qolkiper 150-ci matçını rəsmən Azərbaycanla oyunda qeyd edəcək.
Milli.Az