Bakı, 10 oktyabr, AZƏRTAC
Futbol üzrə “Avro-2016”nın seçmə mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda qarşılaşacaq Azərbaycan və İtaliya yığma komandalarının start heyətləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan millisinin ilk onbirliyində Kamran Ağayev, Bədavi Hüseynov, Maksim Medvedev, Rəşad Sadıqov, Arif Daşdəmirov, Qara Qarayev, Eddi İsrafilov, Dmitri Nazarov, Rahid Əmirquliyev, Əfran İsmayılov və Ruslan Qurbanov meydana çıxacaqlar.
İtaliya yığmasının start heyətində isə Canluici Buffon, Mattia de Şiliyo, Corco Kyellini, Matteo Darmian, Leonardo Bonuççi, Antonio Kandreva, Marko Verratti, Marko Parolo, Qrasiano Pelle, Stefan Əl Şaaravi və Eder yer alıblar.