Tovuz, 13 oktyabr, AZƏRTAC
Tovuz rayonunda 621 hektar üzüm bağı var ki, bunun da 550 hektarında məhsul yetişdirilib.
Rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, plantasiyalarda üzüm yığımı davam edir. Sahibkarlar indiyədək bağlardan 6 min 110 ton məhsul toplayıblar. Yığılan məhsul ötən ilin müvafiq dövrü ilə müqayisədə 960 ton coxdur.