Bakı. 13 oktyabr. REPORT.AZ/ Mərkəzi Seçki Komissyasının (MSK) növbəti iclası keçirilib.
“Report”un məlumatına görə, iclasda bu il noyabrın 1-nə təyin edilən parlament seçkiləri ilə əlaqədar MSK-ya daxil olan müraciətlərə baxılıb.
Şikayətlərlə bağlı MSK üzləri Ramiz İbrahimov, Tofiq Həsənov məlumat veriblər.
“Azadlıq-2015” seçki bloku təşəbbüsü ilə namizədliyi 66 saylı Biləsuvar Seçki dairəsindən irəli sürülən Mirzəkulla Zəki, Ümid Partiyası tərəfindən 28 saylı Sabunçu üçüncü seçki dairəsindən namizədliyi irəli sürülən Aynur Bağırzadə, 9 saylı Binəqədi ikinci seçki dairəsindən namizədliyini öz təşəbbüsü ilə irəli sürən Ülvi Həsənov, 117 saylı Oğuz-Qəbələ seçki dairəsindən “Azadlıq-2015” seçki blokunun təşəbbüsü ilə namizədliyini irəli sürən Nizami Abdurrazaqov, 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən “Azadlıq-2015” seçki blokunun təşəbbüsü ilə namizədliyini irəli sürən hüquqşünas Akif Hüseynov DSK-nın qərarından MSK-ya şikayət ediblər. MSK onların şikayətlərini təmin etməyib.
60 saylı saylı Salyan-Neftçala seçki dairəsindən namizədliyi qeydə alınan Səlimağa Səlimli digər qeydə alınmış namizəd Beylənlxalq Diaspora Mərkəzinin sədri İsmayıl Ağayevin seçkiqabağı qanunsuz təşviqat aparması ilə bağlı MSK-ya şikayət edib. MSK müraciəti baxılması üçün DSK-ya göndərib.