"Report" xəbər verir ki, bunu Bakıda keçirilən Dayanıqlı inkişaf və korporativ sosial məsulyyət üzrə 1-ci Azərbaycan beynəlxalq konfransında çıxışı zamanı "BP Azerbaijan" şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.
Onun sözlərinə görə, bu layihə çərçivəsində bugünədək Azərbaycanlı işçilər üçün tikinti sahəsində 15 mindən artıq yeni iş yerləri yaradılıb.
O qeyd edib ki, hazırda "Azəri-Çıraq-Günəşli", "Şahdəniz" və Bakı-Tbilisi- Ceyhan layihələrinin operatoru kimi BP şirkətində birbaşa olaraq 2900 nəfər Azərbayan vətəndaşı işləyir:
"Onların əksəriyyəti Bakıda fəaliyyət göstərir. Bununla yanaşı, bir sıra əsas Azərbaycanlı kadrlarımız ABŞ, Böyük Britaniya və digər ölkələrdə də çalışır.
Biz öz investisiyalarımızda yerli resurslardan istifadəni maksimuma çatdırmq üçün səylə çalışmışıq. Layihələrimizn icrası üçün kifayət qədər yerli resurslar cəlb etmək məqsədilə yerli müsəssisələr və işçi qüvvəsi üçün geniş təlim proqramları hazırlamışıq. Bu proqramlar işin ən yüksək beynəlxalq standratlara uyğun şəkildə yerinə yetirilməsi üçün tələb olunan bütün müvafiq səriştələri əhatə edir".