Bakı, 15 oktyabr, AZƏRTAC
Oktyabrın 15-də Təhsil Nazirliyi, “British Council” və “Bakcell” şirkətinin tərəfdaşlığı ilə “TOPs proqramı–təhsilalanların fiziki sağlamlığı, psixoloji dayanıqlılığı və təlim nailiyyətlərinin yüksəldilməsi sahəsində müasir təhsil texnologiyalarının tətbiqi” layihəsinin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, layihənin əsas məqsədi ümumtəhsil məktəblərində fiziki tərbiyə və ibtidai sinif müəllimlərini müvafiq fənn üzrə müasir təhsil texnologiyaları ilə təmin etməkdən ibarətdir.
Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Bədən Tərbiyəsi və İdman Akademiyası, UNİCEF, “British Council”, “Bakcell” şirkəti və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, şagirdlərin fiziki sağlamlığı, psixoloji dayanıqlılığı və təlim nailiyyətlərinin bədən tərbiyəsi və idman vasitəsilə yüksəldilməsi müasir təhsil üçün prioritet istiqamətlərdəndir və son illər bu istiqamətdə orta təhsil məktəblərini əhatə edən silsilə işlər görülür.
“British Council”un Azərbaycan üzrə rəhbəri xanım Elizabet Vayt britaniyalı mütəxəssislər tərəfindən hazırlanan TOPs proqramının inkluziv təhsilə cəlb olunan sağlamlıq imkanları məhdud uşaqların orta ümumtəhsil məktəblərində fiziki tərbiyə dərslərində iştirakına əlavə imkanlar yaratdığını bildirib.
Şagirdlərin fiziki sağlamlığı ilə bağlı layihənin təqdimatı olub
Şagirdlərin fiziki sağlamlığı ilə bağlı layihənin təqdimatı olub
Şagirdlərin fiziki sağlamlığı ilə bağlı layihənin təqdimatı olub
Şagirdlərin fiziki sağlamlığı ilə bağlı layihənin təqdimatı olub