Bakı, 15 oktyabr, AZƏRTAC
Bu ilin doqquz ayında Azərbaycandakı magistral qaz kəmərləri ilə 15,57 milyard kubmetr qaz nəql edilib. Qaz nəqlinin 30,6 faizi Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri ilə həyata keçirilib və bu kəmərlə 4,76 milyard kubmetr qaz ötürülüb.
Bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsindən məlumat verilib.