Bakı, 16 oktyabr, AZƏRTAC
Oktyabrın 21-də “Four Seasons” mehmanxanasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “dəyirmi masa” keçiriləcək.
Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, “dəyirmi masa”da BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Komitəsinin (CEDAW) Azərbaycan ilə bağlı son tövsiyələrinin icrası məsələləri müzakirə olunacaq.
Tədbirdə BMT-nin Azərbaycan üzrə rezident əlaqələndiricisi, BMT-nin Əhali Fondunun Azərbaycan üzrə direktoru və müxtəlif dövlət qurumlarının nazir müavinləri, QHT rəhbərləri və ictimai xadimlər iştirak edəcəklər.