Merkel qeyd edib ki, Almaniya miqrant axınına nəzarət edəcək, lakin Macarıstan kimi sərhədi tam bağlamayacaq
Bakı.17 oktyabr. REPORT.AZ/ Almaniya kansleri Angela Merkel bildirib ki, ölkəsi Yaxın Şərqdən gələn qaçqınlar üçün sərhədlərini bağlamayacaq. "Report" "Qazeta.ru"ya istinadən xəbər verir ki, Merkel Almaniyanın miqrant axınına nəzarət edə biləcəyini deyərək, ölkəsinin ötən gecə Macarıstan kimi qaçqınlar üçün sərhədləri tamamilə bağlamaq fikrində olmadığını da qeyd edib.
"Mən davamlı həll yollarına nail olmaq üçün bütün qüvvəmi sərf edərək çalışıram, ona görə ki, məsələlərin müsbət həlli yalnız bizdən asılıdır və bu müəyyən vaxt tələb edir", - kansler bildirib.
Bir qədər əvvəl Macarıstanın sərhədləri bağlaması səbəbindən miqrantların Sloveniya ərazisindən keçib gəldikləri deyilirdi.