2010-cu ildə "Miss Liverpool" gözəllik müsabiqəsinin qalibi olmuş 23 yaşlı model indi Hindistanda sürətlə populyarlaşan aktrisalardan biridir.
2010-cu ildə Bollivudda "Madrasapattinam"da çəkilərək Hindistan kinematoqrafında aktrisalıq karyerasına başlayan Emi Cekson indi əsl ulduz sayılır. Onun şəxsi sürücüsü, makiyaj və vizaj qrupu, yardımçısı, hətta mətbuat katibi də var.
Eminin çəkildiyi "İ" ("Mən") filmi Britaniyada da məşhurlaşıb, amma onu vətənində hələ də aktrisa kimi tanımırlar.
"Mən" Hindistanda indiyədək çəkilmiş lentlər arasında ən böyük büdcəli filmdir.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Liverpul şəhərinin Uolton səmtində doğularaq böyüyən Emi indi Hindistanın Mumbay, Kəlküttə və Mədrəs şəhərlərində apartamentlərə malikdir.
"2010-cu ildə gözəllik müsabiqəsində qalib gələndən sonra Hindistanda filmə çəkilmək üçün dəvət aldım. Dəvət mənə maraqlı gəldi. Hindistana yollanmaq, orada macəra aramaq istəyirdim. Getdim və Bollivudda ilk filmə çəkildim. Film çox reytinqli oldu, mən də tanındım. Sonra başqa lentlərə dəvətlər gəldi və beləcə, aktrisa oldum", - 2009-cu ildə "Miss Teen World" gözəllik müsabiqəsində qalib gəlmiş Emi deyir.
Eminin sözlərinə görə, ilk filminin rejissoru A.L.Vicey ona hindi dilində danışmağı və hind rəqslərini də öyrədib.
Milli.Az


Gözəllik kraliçası Hindistanda film ulduzu oldu - FOTO
Gözəllik kraliçası Hindistanda film ulduzu oldu - FOTO
Gözəllik kraliçası Hindistanda film ulduzu oldu - FOTO
Gözəllik kraliçası Hindistanda film ulduzu oldu - FOTO