Axşam.az-ın məlumatına görə, sənətçinin tərəf müqabili həmkarı Nadir Qafarzadədir.
Bu haqda xəbər verən N.Qafarzadə bəstənin "Xəyanətkar” adlandığını bildirib:
“Ayanla ilk dəfə 2013-cü ildə “Sənin üçün” mahnısını duet şəklində oxuduq. Bəstə çox sevildi. İndiyənə kimi dinlənilir. Ona görə də ikinci dueti hazırlamaq qərarına gəldik. Yaxın günlərdə dinləyicilərin ixtiyarına verəcəyik”.