Bakı. 20 oktyabr. REPORT.AZ/ "Oktyabrın 19-da bəzi KİV-lərdə nəqliyyat müfəttişlərinin hərəkətləri ilə bağlı video görüntü ilə müşayiət olunan xəbərin həmin tarixdə baş verməsi heç bir fakta əsaslanmır, arxiv kadrlardan istifadə edilərək əsassız xəbər yayılıb".
Bu barədə "Report"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.
NİİM-dən bildirilib ki, 14 oktyabr 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanından sonra, dərhal bütün struktur bölmələrə telefonoqram göndərilərək, bütün nəzarət funksiyalarının dayandırılması tapşırılıb: "Nazirliyin müvafiq əmri ilə Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən bu məsələyə ciddi şəkildə nəzarət edilir".