Bakı, 21 oktyabr, AZƏRTAC
Oktyabrın 21-də “Four Seasons” mehmanxanasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatcılıqı ilə “dəyirmi masa” öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, “dəyirmi masa”da BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Komitəsinin (CEDAW) Azərbaycan ilə bağlı son tövsiyələrinin icrası məsələləri müzakirə olunur.
Tədbirdə BMT-nin Azərbaycan üzrə rezident əlaqələndiricisi, BMT-nin Əhali Fondunun Azərbaycan üzrə direktoru və müxtəlif dövlət qurumlarının təmsilçiləri, QHT rəhbərləri və ictimai xadimlər iştirak edirlər.