[ 02 Fevral 2015 14:48 ]
Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bakı-Təbriz-Bakı aviareysi üzrə uçuşlar oktyabr ayına qədər dayandırılır.
Bu barədə "APA-Economics"ə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Xidmət rəisi Məhərrəm Səfərli bildirib.
M.Səfərlinin sözlərinə görə, bu istiqamət üzrə sonuncu reys fevralın 3-ü yerinə yetiriləcək və cari ilin oktyabr ayınadək uçuşlar dayandırılacaq.
Buna səbəb sərnişin qıtlığıdır.