Bakı, 21 oktyabr, AZƏRTAC
Bakının qadınlardan ibarət “Azərreyl” voleybol komandası Çempionlar Liqası yarışlarında iştirak ərizəsini təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, baş məşqçi Bülənt Karslıoğlunun rəhbərliyi altında 13 voleybolçunun adı sifariş ərizəsinə daxil edilib.
“Azərreyl”in heyətində toppaylayıcılar Nutsara Tomkom (Tailand), Natalia Valentin (Puerto-Riko), Anastasiya Muzika (Azərbaycan), hücumçular Hali Ekerman, Madison Kinqdon (hər ikisi ABŞ), Fatu Diuk (Seneqal), Nisəxanım Həzrətli, Odina Bayramova, Nikalina Başnakova (hər üçü Azərbaycan), blokçular Kseniya Poznyak (Azərbaycan), Cessika Cons (ABŞ), liberolar Valeriya Məmmədova (Azərbaycan) və Vanna Buakeva (Tailand) yer alıblar.
“Azərreyl” Çempionlar Liqasında “Lokomotiv” (Azərbaycan), “Dinamo” (Kazan, Rusiya) və “Ştutqart” (Almaniya) komandaları ilə birlikdə “A” qrupunda mübarizə aparacaq.