"İzmir Türkiyə və Aralıq dənizinin logistik və istehsal mərkəzi olma yolundadır. Tarixi "İpək yolu" İzmirdə kəsişir".
O qeyd edib ki, SOCAR İzmirə 10 mlrd. dollar, Türkiyəyə isə 20 mlrd. dollardan çox sərmayə yatırır. "İndi hasilat inqilabı etmək zamanıdır. Petlim limanı xidmət göstərməyə hazırlaşır. İzmir-İstanbul yolunda işlər sürətlə irəliləyir. STAR neft emalı zavodu ilə İzmir "ulduz" olur".
Qeyd edək ki, SOCAR 2008-ci ildə "Petkim Holding"in özəlləşdirilməsi ilə Türkiyədə fəaliyyətinə başlayıb və burada "SOCAR Turkey" adı ilə fəaliyyət göstərir. "SOCAR Turkey" şirkətinin strukturuna əsasən, "SOCAR Turkey Energy A.Ş."nin 87% hissəsi SOCAR-a aiddir. 14 avqust 2015-ci ildən etibarən "Goldman Sachs" və "JP Morgan" bankları ("Goldman Sachs International") 1,3 mlrd. dollara "SOCAR Turkey"in 13%-lik hissəsinə ortaq olub.