Azərbaycanın yüksək dövlət mükafatı - “Dostluq” ordeni Nikita Mixalkova təqdim edilib

Azərbaycanın yüksək dövlət mükafatı - “Dostluq” ordeni Nikita Mixalkova təqdim edilib
11:13 22 Oktyabr 2015
Ölkə mətbuatı
A- A+


Moskva, 22 oktyabr, AZƏRTAC
Oktyabrın 21-də Moskvada məşhur Rusiya rejissoru Nikita Mixalkovun 70 illik yubileyi ilə bağlı təntənəli mərasim keçirilib.
Azərbaycanın Rusiyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, Prezident İlham Əliyevin tapşırığı ilə səfir Polad Bülbüloğlu Nikita Mixalkovun “Dostluq” ordeni ilə təltif olunması haqqında dövlətimizin başçısının Sərəncamını və təbrik məktubunu oxuyub və ordeni ona təqdim edib.
Nikita Mixalkov əməyinə verdiyi yüksək giymətə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib. O, bu yaxınlarda Bakıya səfəri zamanı Prezident İlham Əliyev ilə keçirdiyi görüşü xatırlayıb. Bu görüşün onda xoş təəssürat yaratdığını vurğulayan N.Mixalkov Aleksandr Qriboyedov haqqında müştərək filmin çəkilməsi ilə bağlı razılıq əldə edildiyini deyib.
Tədbirdə iştirak edən Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Nikita Mixalkovu təbrik edib.
Xatırladaq ki, oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Kinematoqrafçılar İttifaqının sədri Nikita Mixalkovu Azərbaycan ilə Rusiya arasında mədəni əlaqələrin inkişafında xüsusi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edib.
Fəridə Abdullayeva
AZƏRTC-ın xüsusi müxbiri
Moskva

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_yuksek_dovlet_mukafati___Dostluq_ordeni_Nikita_Mixalkova_teqdim_edilib-894904

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR