"Report" "Associated press"ə istinadən xəbər verir ki, bu haqda İspaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, təyyarənin göyərtəsində üç nəfər - iki pilot və bir mexanik olub. Onların taleyi haqda məlumat yoxdur.
İspaniya hakimiyyəti bildirib ki, hadisə Qran-Kanariya adasında yerləşən Qando aviasiya bazasından 450 km aralı baş verib.
Qəza baş verən əraziyə xilasedici helikopter uçub.
Hadisənin başvermə səbəbi məlum deyil. Araşdırma aparılır.