Oqtay Mir Qasım filmin ərsəyə gəlməsində əməyi olanlara, xüsusən də kino əsərinin Gürcüstanda lentə alınmasında iştirak edənlərə minnətdarlığını bildirib. Qeyd olunub ki, ikinci dünya müharibəsi illərində almanların Azərbaycandan deportasiya olunmasından, eləcə də müasir dövrün hadisələrindən bəhs edən filmdə qisasa, intiqama çağırış deyil, insana, insanlığa məhəbbət, mərhəmət təbliğ olunur.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin mədəniyyət və humanitar məsələlər üzrə müşaviri Samirə Ağayeva, mədəniyyət və incəsənət xadimləri iştirak edib.