Belə ki, istiliyə və güclu mexaniki təsirə davamlı elektromaqnit xassələrinə malik təmiz və kiçik diametrli (5-10 nm) karbon nanoborular alınıb və polimer materiallara tətbiqləri öyrənilib.
LED-lampaları elektrik dövrəsinə qoşmaq üçün impulsviricilər hazırlanıb. Həmçinin, 11%-lik karbon nanoborular əsasında maqnit sahəsinə həssas sensorlar hazırlanıb.
Bu cür sensorların üstünlüyü ondan ibarətdir ki, öz kiçik ölçülərinə baxmayaraq onların keçiriciliyi ətraf mühitdəki maqnit sahəsi altında kəskin dəyişir.