Azərbaycanın ikinci peyk proqramının dəyəri açıqlanıb. ANS PRESS-in Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentiliyinə istinadən verdiyi məlumata görə, peykimizin dəyəri 191,36 milyon dollar təşkil edəcək.

Bu vəsait "Azerspace-2/Intelsat 38" ikinci geostasionar peykin tikintisinə və yeni yerüstü peyk avadanlığının alınmasına sərf ediləcək.

Xatırladaq ki, "Azerspace-2/Intelsat 38" peykinin orbitə 2017-ci ildə çıxarılması nəzərdə tutulur. "Azərkosmos"dan ANS PRESS-ə verilən məlumata görə, şirkət strateji inkişafının genişləndirilməsi məqsədi ilə, peyki "Azerspace-2"ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarmağı planlaşdırır. Peyk Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Afrika ölkələrini əhatə edəcək. "Azerspace-2" regionda hökumət təşkilatları və şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək. Yeni peyk həm də birinci telekommunikasiya peyki olan "Azerspace-1"in orbitdəki ehtiyatı olacaq və "Azərkosmos"a müştərilərinə daha etibarlı xidmət göstərmək imkanı verəcək. Həmçinin, "Azerspace-2" sayəsində şirkətin əhatə zonası da genişlənəcək.

Bir neçə gün öncə Amerika şirkəti Orbital ATK "Azərspace-2" barədə Azərbaycanla razılığa gələ bilməməsi haqqında məlumatlar yayılıb. Bu barədə şirkətin vitse-prezidenti Ted Makfarland deyib. Buna səbəb kimi Amerika bankı "Exİm"in maliyyə dəstəyi verməsindən imtina etməsi göstərilir.

İkinci peykimizin qiyməti açıqlandı - 191 milyon
Azərkosmos


Daha sonra isə "Azərspace-2" telekommunikasiya peykinin tikilişini Kanadanın “Space Systems/Loral” (SSL) şirkəti boynuna götürüb.

Azərbaycanın ilk peyki "Azerspace/Africasat-1a" 2013-cü il fevralın 1-də orbitə çıxarılıb. Azərbaycanın ilk peyki olan "Azerspace-1" telekommunikasiya peyki Fransız Qvianasında (Cənubi Amerikada, Fransanın inzibati idarəçiliyində olan ada) yerləşən Kuru kosmodromundan orbitə buraxılıb.

İkinci peykimizin qiyməti açıqlandı - 191 milyon
Azerspace -1 peyki