Yaxınları pop musiqisinin kralı Maykl Ceksonun 17 yaşlı qızı Perisə görə narahatdır.

Milli.Az axşam.az-a istinadən bildirir ki, gənc qız sosial şəbəkədə foto paylaşaraq "Peris Cekson Kastelou" şərhini yazıb. Perisin futbolçu sevgilisi Çesterin soyadının Kastelou olması onun gizlicə ərə getməsi şübhəsini yaradıb.

Hazırda Peris 2 milyard dollar sərvətə sahibdir. Ailə qurduğu təqdirdə onun var-dövlətinin yarısı həyat yoldaşına düşür.

Qeyd edək ki, gənc qız sərvətinin böyük hissəsinə 33 yaşında sahib ola biləcək.
Milli.Az