Bakı, 26 oktyabr, AZƏRTAC
Futbol üzrə İtaliya millisinin və “Yuventus” komandasının kapitanı Canluici Buffonun 2018-ci ilədək futbolu buraxmaq niyyəti yoxdur.
AZƏRTAC “Tuttosport” idman saytına istinadla xəbər verir ki, 37 yaşlı qapıçı bu barədə fikirlərini İtaliya mətbuatı ilə bölüşüb.
“İtaliyanın 2018-ci ildə yenidən dünya çempionu olub-olmayacağını indidən proqnozlaşdıra bilmərəm. Lakin komandamızın liderlər sırasında qərarlaşacağına əminəm. Karyeramı futbolla bağladığıma görə və komandamızın uğurlarında rol oynadığım üçün xoşbəxtəm. Futbolu çox sevirəm. Əsas hədəfim və arzum 2018-ci ildə keçiriləcək dünya çempionatında da forma geyməkdir. Futbolçu karyeramı bitirdikdən sonra nə ilə məşğul olacağımı indidən müəyyən etməmişəm”, - deyə Buffon bildirib.