Bakı, 27 oktyabr, AZƏRTAC
Bu ilin yanvar-sentyabr aylarında dəmir yolu nəqliyyatı ilə 12,9 milyon ton yük, 1,4 milyon sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 19,6 faiz və 24,8 faiz azalma müşahidə edilib.
Orta hesabla sutkada 452 vaqon yüklənib, 451 vaqon isə boşaldılıb. Bundan əlavə, sutka ərzində dəmir yolunun şimal istiqaməti üzrə 18,5 min ton, qərb istiqaməti üzrə 5,2 min ton, cənub istiqaməti üzrə 2,3 min ton yüklənmə işi yerinə yetirilib.