Nazirlikdən bildirilib ki, hər il dünyanın 30-dək ölkəsinin, eləcə də İtaliyanın əksər regionlarının və arxeoloji irsin mühafizəsi və təbliği üzrə ixtisaslaşmış təşkilatların təmsil olunduğu tədbirdə Azərbaycan da iştirak edəcək: "Özünün əhatə dairəsinə, mövzu və konsepsiyasına görə dünyada yeganə layihə hesab edilən, YUNESKO, İKKROM, İKOMOS və ÜTT kimi nüfuzlu beynəlxalq təşkilatların tərəfdaşlıq etdiyi yarmarkada ölkəmizin də iştirakı, onun zəngin irsinin və turizm potensialının geniş tanıdılmasına imkan yaradacaq. Bir neçə gün davam edəcək tədbirlər çərçivəsində Azərbaycana məxsus 24 kvm stend sahəsi icarəyə götürülərək xüsusi dizayn edilən stend quraşdırılacaq. Yarmarkada Azərbaycanı təmsil etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyətinin iştirakı nəzərdə tutulub".
Nazirliyin məlumaatına görə, stend sərgiyə gələn qonaqlara təqdim olunması üçün İngilis və İtaliyan dillərində müxtəlif reklam-çap və arxeoloji turizmə həsr olunan reklam məhsulları ilə təmin olunub.
Qeyd edək ki, ötən il keçirilən XVII "Arxeoloji turizm üzrə Aralıq dənizi yarmarkası"nda Azərbaycan Respublikası "rəsmi qonaq ölkə" statusunda iştirak edib.