Ötən gün Bakının qadınlardan ibarət "Lokomotiv" voleybol klubu Çempionlar Liqasında ilk oyununa çıxıb.

Milli.Az-ın "Report"a istinadən verdiyi məlumata görə, "dəmiryolçular" Rusiyada "Dinamo" (Kazan) kollektivinin qonağı olublar.

Qarşılaşma Rusiya təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Çempionlar Liqasının A qrupunda mübarizə aparan digər təmsilçimiz ilk matçında Almaniyanın "Alyants Ştutqart" klubu ilə qarşılaşıb. Komandamız ilk görüşündə Almaniya təmsilçisindən üstün olub - 3:0.

Qeyd edək ki, A qrupunda "Lokomotiv", "Azərreyl" (hər ikisi Azərbaycan), "Dinamo Kazan" (Rusiya) və Almaniyanın "Alyants Ştutqart" komandaları mübarizə aparır.

Milli.Az