"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov oktyabrın 31-də keçirdiyi mətbuat konfransında bildirib.
MSK sədri bildirib ki, seçicilər vətəndaşlıq mövqeyini göstərib Azərbaycan haqda mənfi fikir formalaşdırılmasının qarşısını almalıdırlar.
M.Pənahov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun parlament seçkilərini müşahidə etməkdən imtina etməsi ilə bağlı qərarına da münasibət bildirib: "ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ölkəyə dəvət ediləndə onun bundan imtina etməyə hüququ yoxdur, çünki bu qurum elə o məqsədlər üçün yaradılıb ki, üzv ölkələrin seçkilərini müşahidə etsin".
MSK sədri deyib ki, seçki elə tədbirdir ki, burada tərəflər var və onlar öz funksiyalarını yeri yetirir: "Müstəqil təşkilatlar gəlməyə də bilər. Amma seçkiləri müşahidə etmək Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun vəzifə borcudur. Əgər hansısa Avropa ölkəsi barədə belə bir qərar qəbul olunsaydı, bu qurumu seçkiləri müşahidə etməyə məcbur edərdilər".
M.Pənahov hesab edir ki, qurumun belə bir addım atmasına başqa digər qüvvələrin maraqları var.