İndiyədək seçkilərin gedişatı ilə bağlı heç bir ciddi pozuntu qeydə alınmayıb. Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə deyib.
Onun sözlərinə görə, seçkilərllə bağlı indiyədək heç bir rəsmi şikayət də daxil olmayıb.
MSK sədri qeyd edib ki, ölkədə bütün məntəqələrdə səsvermə eyni vaxtda - 08:00-də başlayıb.
Milli.Az