224 nəfərə məzar olan, yüzlərlə ailəni gözüyaşlı qoyan təyyarə qəzası ilə bağlı her keçən saatda yeni məlumatlar yayılır. Qəzaya qurban gedən sərnişinlərinin hərəsinin özünəməxsus həyat hekayəti var. Misirdə qəzaya uğramış təyyarədə sərnişinləri arasında məmur, model, yeni evli cütlüklər, hədiyyə verilən göndərişlə istirahətə gedənlər olub.

ANS PRESS-in məlumatına görə, Rusiyaya məxsus təyyarədə olan sərnişinlər arasında Pskov rayonunun başçının müavini Aleksandr Kapılov da olub. Bu barədə regionun qubernatoru Andrey Turçak deyib. Onun adı ölənlər siyahısında 83-cü yerdədir.

Pskov informasiya agentliyi bildirir ki, Kapılovla birlikdə təyyarədə onun həyat yoldaşı, eyni zamanda, şəhər duması kadr şöbəsinin əməkdaşı Yelena Melnikova da olub.

"İstedadlı rəhbər dünyasını dəyişdi. Hər zaman Pskov şəhər sakinlərinin xeyrinə çalışan dürüst siyasətçi artıq aramızda yoxdur", - deyə Aleksandr Mikayloviç öz başsağlığında bildirib.

Misir tətili qurbanlarının gözyaşardıcı hekayələri (FOTO,VİDEO)
Aleksandr Kapılov - Pskov rayonunun başçının müavini

Qəzaya uğramış A-321 təyyarəsində ölənlər arasında Sankt-Peterburq ali iqtisadi məktəbinin dekanının oğlu Valeri Qordina Leonid və onun qız dostu Aleksandr İllarionov da olub. Deyilənlərə görə, gənclər istirahətdən qayıdırmışlar.

Hadisə ilə bağlı Sankt-Peterburq ali iqtisadi məktəbinin tələbə şurası gənclərin ailələrinə başsağlığı veriblər.

Misir tətili qurbanlarının gözyaşardıcı hekayələri (FOTO,VİDEO)
Qəza zamanı dünyasını dəyişmiş Valeri Qordina Leonid və onun qız dostu Aleksandr İllarionov

İçərisində 224 nəfərin olduğu təyyarədə ölənlər arasında məşhur "Rusiya top-model" teleşousunun iştirakçısı Yelena Damaşnaya da olub.

Peterburq sakini Yelena 2011-ci il aprelin 3-də efirə gedən şounun birinci mövsümündə iştirak edib. Bəzi turlarda uğursuzluqla qarşılaşsa da, bir çox vaxtlarda başqa iddiaçıları qabaqlamağı bacarıb.

Misir tətili qurbanlarının gözyaşardıcı hekayələri (FOTO,VİDEO)
Yelena Damaşnaya - top model

Misirin Sinay yarımadasında qəza nəticəsində ölənlər arasında ən ürəkyandırıcısı on aylıq körpə və onun gənc valideynləri olub. Körpənin aeroportda çəkilmiş son şəkli sosial şəbəkələrdə paylaşılan ən çox fotolar arasındadır. Bu şəkil həm də dünyanı ağladan foto kimi də paylaşılır.

Misir tətili qurbanlarının gözyaşardıcı hekayələri (FOTO,VİDEO)
Darina Qromova - on aylıq körpə və onun valideynləri - Aleksey və Tatyana Qromovlar

Üç yaşlı Nastyanın valideynləri isə evliliklərinin dördüncü ilini qeyd etmək üçün istirahətə gediblər. Ailənin son mənizli olan təyyarədə həm də onların son fotosu çəkilib. "Biz evə uçuruq", adı ilə sosial şəbəkədə paylaşılan fotoda Nastya atasının qucağında təyyarəyə qalxır.

Misir tətili qurbanlarının gözyaşardıcı hekayələri (FOTO,VİDEO)
Ailənin 224 nəfərə məzar olan təyyarədə son fotosu

Aleksand Kopılov öz həyat yoldaşını sevindirmək məqsədilə Misirə istirahətə aparıb. Həyat yoldaşına unudulmaz tətil yaşatmaq istəyən ər onunla birlikdə ölüb.

Ölənlər arasında daha bir cütlük isə 2014-cü il oktybarın 28-də ailə quran Aleksandr və Elena adlı gənclər olub. Onlar toy ildönümünü qeyd etmək üçün Misirə üz tutublar. Oktyabrın 31-i vətənə qayıtmaqlarının daha bir səbəbi o idi ki, noyabrın 1-i Elena 35 yaşını qeyd etməyi planlaşdırırdı. Lakin onun bu arzusu həyata keçmədi.

Misir tətili qurbanlarının gözyaşardıcı hekayələri (FOTO,VİDEO)
Aleksandr və Elena - təyyarə qəzasında dünyasını dəyişən cütlük

Qəza qurbanı olan Aleksandr Çernov və Yevqeni Yavsina Misirdə evlilik üçün ilk addım atmaq niyyətində olublar. Dostlarının sözlərinə görə, Aleksandr sevdiyi qıza evlilik təklifi etmək üçün onu Misirə dəvət edib. Romantik evlilik təklifindən sonra onlar bunu dostları ilə qeyd emək niyyətində olublar. Amma əcəl imkan vermədi...

Misir tətili qurbanlarının gözyaşardıcı hekayələri (FOTO,VİDEO)
Aleksandr Çernov və Yevqeni Yavsina

Ötən gün saat 06:51-də Şarm-əş-Şeyxdən Sankt-Peterburqa yollanan A-321 təyyarəsi havaya qalxıb. 23 dəqiqədən sonra təyyarə radarların ekranından yoxa çıxıb. Daha sonra məlum olub ki, təyyarə Misirin Sinay yarımadasında qəzaya uğrayıb.

Qəza nəticəsində təyyarədə olan 224 sərnişinin hamısının həlak olduğu deyilir. Ölənlər arasında 29 uşaq olub.

Hadisənin əvvəlcə təyyarənin mühərrikində yaranmış nasazlıqdan baş verildiiyi deyilsə də, sonradan İŞİD silahlıları faciəyə görə məsuliyyəti öz üzərilərinə götürüblər.

Misir tətili qurbanlarının gözyaşardıcı hekayələri (FOTO,VİDEO)
Təyyarənin qəzaya uğradığı ərazi - Sinay yarımadası

Misirdə Rusiya təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərlə bağlı bu gün Rusiya ərazisində matəm elan olunub, bayraqlar endirilib, əyləncəli mədəni və teleradio proqramları yayımdan yığışdırılıb.

Misir tətili qurbanlarının gözyaşardıcı hekayələri (FOTO,VİDEO)