Milli Məclisə seçkilər Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Rusiyanın Strateji Modelləşdirmə Mərkəzinin I vitse-prezident Qriqori Trofimçuk Secki-2015.az saytına açıqlamasında belə deyib.

"Azərbaycanda böyük bir seçki dövrü başa çatdı. Bu, xalqın dəstəyini qazanan hakimiyyətə strateji problemləri həll etmək imkanı verir. Digər tərəfdən, azərbaycanlılar Avropaya və ABŞ-a çox dəqiq və müstəqil dəsti-xətti olduğunu nümayiş etdirdilər. Qərb Azərbaycanın ünvanına ittihamlar səsləndirərək, seçkiqabağı siyasi sabitliyin pozulmasına çalışırdı. Amma buna nail ola bilmədi. Əvəzində Azərbaycan xalqı beynəlxalq standartlara uyğun seçkilər keçirdi.

Bununla Azərbaycan Qərblə gərgin dialoqun birinci mərhələsindən qalib çıxdı. Bu, rəsmi Bakının gələcəkdə də sərbəst, öz maraqlarına uyğun qərarlar qəbul edəcəyini deməyə əsas verir", - deyə rusiyalı politoloq bildirib.

Milli.Az