"Beynəlxalq ictimaiyyət Dağlı Qarabağ problemi ilə bağlı narahatlıq keçirməlidir". Bunu dailykarabakh-a Avropa Parlamenti Xarici Əlaqələr Komitəsinin sabiq sədr müavini, İtaliya Senatının üzvü Fiorello Provera deyib.
Fiorello Proveranın sözlərinə görə, Azərbaycanda dünyada bir neçə dini özündə birləşdirən model mövcuddur: "Müsəlman, xristian və yəhudilərin bir arada yaşadığını görürük. Azərbaycan demokratiyanın inkişafı yolunu seçib".
İtaliya Senatının üzvü hesab edir ki, dünyanın Azərbaycana ehtiyacı var: "Azərbaycan geostrateji cəhətdən mühüm ölkədir, eyni zamanda enerji resurslarına malikdir. Bir sözlə, dünya ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsinin həllinə çalışmalıdır".
Milli.Az