ANS PRESS-in xarici mətbuata istinadla verdiyi məlumata görə, qəza Cənubi Sudandakı Cuba hava limanında baş verib.
Rusiyaya məxsus “An-12" təyyarəsində qəza havaya qalxdıqdan sonra baş verib. Təyyarə aeroportdan 800 metr aralıda yerə düşüb. Rusiyanın Uqanda səfirliyi qəzanın baş verdiyini təsdiqləyib.
"South Sudan Tribune" nəşrinin yazdığına görə, qəza nəticəsində yalnız iki nəfər sağ qalıb. Nəşrin "Twitter" hesabında yazılıb: "Cəmi 2 nəfər sağ qalıb, onlardan biri isə uşaqdır".
"Reuters"in hadisə şahidlərinə istinadla verdiyi məlumata görə, qəza yerindən 40-a yaxın meyit tapılıb. "An-12"nin erməni şirkətlərindən birinə məxsus ola biləcəyi istisna edilmir.

Cənubi Sudan - Təyyarə Qəzasının baş verdiyi yer
Sentyabrın 31-də Şarm-əş-Şeyx - Sankt-Peterburq reysi ilə uçuş həyata keçirən Rusiyaya məxsus təyyarə Sinay yarımdası üzərində qəzaya uğramışdı.
İçərisində əksəriyyəti Rusiya vətəndaşı olan "Airbus” təyyarəsi Kiprin Larnaki rayonu ərazisində radarlardan yoxa çıxıb. Təyyarənin göyərtəsində 17-si uşaq olmaqla 217 sərnişin və 7 heyət üzvü olub.

Qəzaya uğrayan A321 təyyarəsinin qalıqları
Həmçinin oxuyun: Qəzaya uğrayan təyyarədəki sərnişinlərin hamısı həlak olub