Bakı, 4 noyabr, AZƏRTAC
İqtisadiyyat və Sənaye Nazirliyi Sahibkarlığa Kömək Milli Fondu (SKMF) bu ilin 9 ayında vəsaitlərinin istifadəsi haqqında məlumatları açıqlayıb.
AZƏRTAC SKMF-ya istinadla xəbər verir ki, bu müddətdə 4249 layihə üzrə 158 milyon 947,1 min manat kredit verilib. Bu kreditlər hesabına 9882 yeni iş yeri yaradılacaq.
Kreditlərin 18 milyon 804.2 milyon manatı müxtəlif sənaye məhsullarının istehsalı və emalına (109 layihə),108 milyon 296,9 min manatı kənd təsərrüfatı məhsullarının istehsalına (4126 layihə), 30 milyon 790 min manatı xidmət (infrastruktur) sahələrinin inkişafına (11 layihə), 1 milyon 56 min manatı isə kənd təsərrüfatı məhsullarının emalına (3 layihə) yönəldilib.
Kreditlərin 45 milyon 716,1 min manatını kiçik həcmli kreditlər (4187 layihə üzrə), 5 milyon 83 min manatını orta həcmli kreditlər (25 layihə) və 108 milyon 148 min manatını böyük həcmli kreditlər təşkil edib.