Bakı, 4 noyabr, AZƏRTAC
Noyabrın 4-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin iclası olub.
AZƏRTAC xəbər verir ki, alim və mütəxəssislərin iştirak etdikləri iclasda AMEA-nın prezidenti, akademik Akif Əlizadə rəhbərlik etdiyi qurumun 70 illiyinə hazırlıqla bağlı görülən işlərdən danışıb, gündəlikdə duran məsələləri diqqətə çatdırıb.
Sonra “Azərbaycanda su ehtiyatları problemləri: inteqrasiyalı idarə edilmənin elmi-metodik əsasları” mövzusunda məruzə dinlənilib.
İclasda digər məsələlər də müzakirə edilib.