Azərbaycan, Bakı, 4 noyabr /Trend/

Bu gün səhər saatlarında Xaçmaz rayonu ərazisindən 3 nəfər balıqçı dənizə çıxıb.

Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir ki, hazırda onlarla əlaqə kəsilib. Axtarış ərazisi nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin ərazi hüdudlarından kənardadır (dənizdə çıxış məsafəsi 2 milə qədər).

Hazırda havanın küləkli olduğunu nəzərə alaraq sabah səhər saatlarından etibarən hava şəraiti əlverişli olduğu təqdirdə FHN aviasiya dəstəsi tərəfindən axtarış-xilasetmə işlərinə start veriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az