Bakı, 6 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) 70 illik yubileyinə yüksək səviyyədə hazırlaşıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri akademiyanın 70 illik yubileyinə həsr olunan mətbuat konfransında AMEA-nın prezidenti, akademik Akif Əlizadə söyləyib.
Akademik A.Əlizadə Prezident İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinin keçirilməsi haqqında” müvafiq Sərəncamının əhəmiyyətindən danışıb. Yubileyə hazırlıq çərçivəsində həyata keçirilən tədbirlər və görülən işlər barədə ətraflı məlumat verilib. AMEA-nın fəaliyyətini əks etdirən filmin çəkildiyi, nəşrlərin çap olunduğu diqqətə çatdırılıb.