Müğənni Sərdar Ortaç həyat yoldaşı Xlo Louqnan ilə dünən jurnalistlərlə qarşılaşıb.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Sərdar: "Həyat yoldaşım aktrisa olmaq istəsə, dəstək olaram", - deyib. O, öpüşmə səhnələrinə qısqanc yanaşmayacağını etiraf edib:

"Öpüşmə səhnələrinə qarışmaram. O, harada dayanmaq lazım olduğunu bilir".

Xlo isə aktrisalıq arzusundan danışıb:

"Əvvəl həyat yoldaşımla, sonra da Kənan İmirzalıoğlu və Kıvanç Tatlıtuğla kamera qarşısına keçmək istərdim".

Milli.Az

"Həyat yoldaşımın öpüşmə səhnələrinə qarışmaram" - FOTO