Axşam.az-ın məlumatına görə, müğənni “Qonaq gəl bizə” verilişində ərinin ondan 7 yaş balaca olduğunu deyib:
“Mən 1967-ci ildən, həyat yoldaşım isə 1974-cü ildəndir. Mənim üçün yaşın fərqi var. Əgər 20 yaş kiçik olsaydı ona ərə getməzdim. Bu zaman arada problemlər yaşanır. 7 yaş normal fərqdir. Mənimlə evlənmək istəyən o olub. Mən də cəsarətli addımına “hə” demişəm”.