Bakı,10 noyabr, AZƏRTAC
Noyabrın 10-da Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-110, Kiçik Qafqazın çaylarında 60-180, Lənkəran-Astara bölgəsi çaylarında isə 100-110 faizini təşkil edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 santimetr azalma müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 122 kubmetr olub. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 15 santimetr azalma qeydə alınıb. Bu məntəqədə su sərfi saniyədə 163 kubmetr təşkil edib. Kür çayının aşağı axınında və Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsində artım qeydə alınıb.
Hazırda suyun səviyyəsi Surrada 443, Şirvanda 325, Salyanda 291, Bankədə 221, Novruzlu məntəqəsində isə 175 santimetrdir.