Milli.Az xəbər verir ki, müğənni Nura Suri yeni layihəsində keçmiş yaradıcılığına nəzər salmaq qərarına gəldi.

Daha dəqiq desək, 8 il əvvələ. Hansı ki, həmin illərdə gənc müğənni yerli şou-biznesin tələblərinə heç də uyğun gəlmirdi, çünki daha müasir, klub musiqisi ifa edirdi. 2007-ci ildə müğənni Ramal İsrafilovun bəstəsi olan "Sevgilim" mahnısına müğənni böyük risk edərək xeyli büdcəsi olan müasir klip çəkdirmişdi. Klipdə bahalı avtomobil, yaxta, hovuz kənarında şam yeməyi, gecə klubu, dəbdəbəli həyat təsvir edilir.

Klipin rejissoru Elxan Cəfərov, operatoru Nadir Mehdiyevdi, mahnının aranjmanının ilkin versiyasi Rüstəm Rzayevə aid idi.

Həmin illərdə bugünkü kimi məşhur olmayan müğənninin klipi ona uğur gətirmişdi.

Dünən gecə Nura Surinin "Sevgilim" klipi Muxtar Abseynovun yeni aranjmanında və Hafiz İsmayılın yeni montaj üslubunda tamaşaçılarln ixtiyarına BMF YouTube kanalında verilib.

Milli.Az


Videonu izləmək üçün şəklə klikləyin.

Azərbaycanlı müğənni: "Bil ki, sevgi odundasan" - VİDEOфото