Qax, 10 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Bələdiyyə komandaları arasında futbol üzrə Qax rayon birinciliyi Tasmalı bələdiyyəsinə daxil olan Lələpaşa kənd komandasının qələbəsi ilə başa çatıb.
AZƏRTAC xəbər verir ki, rayon Gənclər və İdman İdarəsinin və Qax Bələdiyyə Şurasının birgə təşkilatçılığı ilə oktyabrın əvvəlində startı verilən birincilikdə 12 komanda mübarizə aparıb.
Birinciliyin noyabrın 10-da şəhər stadionunda keçirilən final oyununda Lələpaşa və Cəlayır kənd bələdiyyələrinin komandaları qarşılaşıblar. Rəqibinə 2-1 hesabı ilə qalib gələn Lələpaşa kənd komandası birinciliyin qalibi adını qazanıb. Qax bələdiyyəsinin komandası isə yarışı üçüncü pillədə başa vurub.
Birinciliyin qalibləri kubok, diplom, medal və idman geyimləri ilə mükafatlandırılıblar.