Bu barədə "Report"a mərkəzin mətbuat xidmətindən məlumat verilib.
Kitaba yazıçının "Zədə" romanı, povestləri, doxsanıncı, ikimininci illərdə yazdığı hekayələri toplanıb.
Qeyd edək ki, Saday Budaqlı 1955-ci ildə anadan olub. 1984-cü ildə Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunu bitirib. Povest və hekayələrdən ibarət kitabları Azərbaycan və rus dillərində 90-cı illərdə Moskvada və Bakıda çapdan çıxıb. Moskvada nəşr olunan "Uduş" kitabına görə Maksim Qorki adına Ümumittifaq Mükafatına layiq görülüb. Moskvanın "Nedelya" həftəlik məcmuəsinin laureatıdır. 1982-ci ildə "Drujba Narodov" jurnalının "İlin ən yaxşı hekayəsi" mukafatını qazanıb. 2009-cu ildə Azərbaycan Mədəniyyət Nazirliyinin "Qızıl Kəlmə" mükafatına layiq görülüb. Hekayələri ingilis, yapon, litva, türk və başqa dillərə tərcümə olunub.
"Yolüstü söhbət" - Saday Budaqlının latın qrafikasında nəşr olunan ilk kitabıdır.