“Zirə” futbol klubunun hücumçusu Nelson Bonilla Salvador yığmasına dəvət olunub.

ANS PRESS-in məlumatına görə, Salvador yığması dünya çempionatının seçmə mərhələsinin (Şimali Amerika qitəsi) 4-cü raundu çərçivəsində Meksika millisi ilə qarşılaşacaq. Oyun noyabr ayının 14-də Xeber yerləşən "Azteka" stadionunda keçiriləcək. “Zirə”nin forvardı Salvador yığması ilə oyunun hazırlığını davam etdirir.

Azərbaycanın futbolçusu Meksika ilə oynaya bilər
Nelson Bonilla - "Zirə" klubunun futbolçusu


"Zirə" klubu Salvador millisinin hücumçusu Nelson Bonilla ilə 2 illik müqavilə imzalayıb. Nelson Bonilla ötən mövsüm Rumıniyanın "Vitorul" klubunun şərəfini qoruyub. Nelson 25 oyuna cəmi 7 dəfə fərqlənib.