“Azərkosmos” ASC-nin Azersky peyk sisteminin və əlaqədar yerüstü infrastrukturun maliyyələşdirilməsi ilə bağlı saziş imzalanıb

“Azərkosmos” ASC-nin Azersky peyk sisteminin və əlaqədar yerüstü infrastrukturun maliyyələşdirilməsi ilə bağlı saziş imzalanıb
09:51 12 Noyabr 2015
Ölkə mətbuatı
A- A+

“Azərkosmos” ASC Yaponiyanın Sumitomo Mitsui Bank Korporasiyası (Sumitomo Mitsui Banking Corporation (SMBC)) və Mizuho Bankı ilə 11 illik müddətə 100 milyon avro məbləğində kredit sazişi imzalayıb.
 
Fransanın ixrac-kredit agentliyi olan COFACE tərəfindən zəmanətlə təmin olunmuş kredit Azərbaycanın ilk Yer səthinin məsafədən müşahidə peyki olan Azersky peykinin maliyyələşdirilməsi üçün nəzərdə tutulub.
 
 
Saziş çərçivəsində Fransanın Airbus DS şirkəti Azərkosmosu 30 iyun 2014-cü tarixdə orbitə buraxılmış peyk sistemi ilə təmin edir.
 
Təchiz olunan ən son fransız texnologiyasına yerüstü idarəetmə seqmenti, peyk təsvirlərinin avtomatik emalı avadanlığı, çoxmissiyalı yerüstü qəbuletmə stansiyası, missiya avadanlıqları və aidiyyəti xidmətlər də daxildir.
 


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-39778-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR