[ 04 Fevral 2015 16:21 ]



Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaqda təqsirləndirilən Ruslan Abdullayev, Taleh Bağırov və Yaqub Novruzovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, R.Abdullayev və Yaqub Novruzov 11 il 6 ay, Taleh Bağırov 11 il müddətə azadlıqdan məhrum edilib.


Qeyd edək ki, Binəqədi Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində təqsirləndirilən şəxslərdən 1 kiloqramdan çox heroin götürülüb. Onlar Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama, satma, daşıma) maddəsinə əsasən təqsirləndirilirlər.